...

Dağ Yəhudiləri Dini İcmasının rəhbəri: Azərbaycanda dini bərabərliyə əsaslanan cəmiyyət mövcuddur

Gündəm Materials 25 İyun 2018 11:50 (UTC +04:00)
"Azərbaycan bütün dünyaya bəyan edib ki, dini bərabərliyə əsaslanan cəmiyyət yaratmaq və onu inkişaf etdirmək mümkündür. Belə bir cəmiyyət Azərbaycanda var".
Dağ Yəhudiləri Dini İcmasının rəhbəri: Azərbaycanda dini bərabərliyə əsaslanan cəmiyyət mövcuddur

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycan bütün dünyaya bəyan edib ki, dini bərabərliyə əsaslanan cəmiyyət yaratmaq və onu inkişaf etdirmək mümkündür. Belə bir cəmiyyət Azərbaycanda var".

Trend-in məlumatına görə, bunu Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev "Bakı prosesi: icmalar və vəzifələr" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan kiçik ölkə olsa da, onun əməlləri böyükdür: "Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir. Azərbaycan bizim evimizdir. Biz Azərbaycanı həmişə vətənimiz saymışıq. Bizim icma bundan sonra da Azərbaycanın ictimai həyatında fəal iştirak edəcək".

M.Yevdayev qeyd edib ki, "Bakı prosesi" mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına, eyni zamanda müstəqil Azərbaycanın tanınmasına yardım göstərib.

"Bakı prosesi"nin hələ də davam etdiyini deyən M.Yevdayev əlavə edib ki, Azərbaycanın dünya dövlətləri arasında tanınması üçün çox işlər görülməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti