...

Polietilen torbalardan istifadənin azaldılması ilə bağlı aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 28 İyun 2018 19:16 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə növbəti aksiya keçirilib.
Polietilen torbalardan istifadənin azaldılması ilə bağlı aksiya keçirilib (FOTO)

Bakı. Trend:

Polietilen torbalardan və plastik butulkalardan istifadənin azaldılması istiqamətində aparılan maarifləndirici layihələr çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə növbəti aksiya keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Yaşıl fikirlə sağlam gələcəyə!” devizi altında bir neçə marketdə keçirilən aksiyada alıcılara eko çantalar paylanılıb.

Aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin tədricən azaldılmasına nail olmaq, alternativ vasitə olan eko çantalardan istifadəyə üstünlük verməkdir. Ümid edirik ki, əhali ətraf mühitin qorunmasına töhfə olaraq polietilen torbalara yox deyərək eko çantalardan istifadə edəcək. Sosial aksiyada Ekologiya və Təbii Sərvətlər Naziri yanında İctimai Şuranın sədri Sevil İsayeva, Eco Baku QHT-nin sədri Sarita Vaid iştirak edərək alıcılara polietilen torbaların ziyanı barədə ətraflı məlumat verib.

Qeyd edək ki, plastik tullantıların düzgün idarə edilməsi və polietilen məmulatlardan istifadənin məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü çərçivəsində sosial aksiyaların keçirilməsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti