...

İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı iştirakçılarının sonuncu qrupunun mükafatlandırılması keçirilib (FOTO)

Cəmiyyət Materials 30 İyun 2018 15:18 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı iştirakçılarının sonuncu qrupunun mükafatlandırılması keçirilib.
İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı iştirakçılarının sonuncu qrupunun mükafatlandırılması keçirilib (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı iştirakçılarının sonuncu qrupunun mükafatlandırılması keçirilib.

Trend-in məlumatına görə, yarışların ikinci günündə kişilər arasında "balalar", qadınlar arasında "uşaqlar" və "balacalar" kateqoriyalarında çıxışlar baş tutub.

Oğlanlar arasında "balalar" kateqoriyasında birinci yeri Hüseyn Mustafazadə, ikinci yeri İbrahim Aydınlı, üçüncü yeri Rəşid Əliyev tutub.

Qadınlar arasında "uşaqlar" kateqoriyasında qələbəni Amaliya Ağayeva qeyd edib, Asiya Ağayeva gümüş, Xədicə Abbaszadə bürünc medal qazanıblar.

"Balacalar" arasında Leyla Məmmədzadə qızıl, Nuryanə Əliyeva gümüş, Albina Əliyeva bürünc medala yiyələniblər.

Ümumulikdə turnirdə Bakı gimnastika məktəbini, “Ocaq Sport” və “Neftçi” klublarını, “Zirə” mədəniyyət mərkəzini, Respublika Olimpiya İdman Liseyini, eləcə də Sumqayıt şəhərini təmsil edən 100-dən çox gimnast iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti