...

Gənc azərbaycanlı gimnast: Ən böyük arzum yarışlarda birinci olmaqdır

Cəmiyyət Materials 30 İyun 2018 22:06 (UTC +04:00)
Kişi və qadın idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında “uşaqlar” kateqoriyasında bürünc medal qazanan gənc azərbaycanlı gimnast Xədicə Abbaszadə öz çıxışından razı qalıb.
Gənc azərbaycanlı gimnast: Ən böyük arzum yarışlarda birinci olmaqdır

Bakı. Cani Babayeva - Trend:

Kişi və qadın idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında “uşaqlar” kateqoriyasında bürünc medal qazanan gənc azərbaycanlı gimnast Xədicə Abbaszadə öz çıxışından razı qalıb.

X.Abbaszadə Trend-ə bildirib: “Yarışlar maraqlı keçdi, məşqçim dedi ki, hər şey yaxşıdır. Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəldi. Dostlarım və doğmalarım məni dəstəkləməyə gəliblər”.

Gənc gimnast deyib ki, idman gimnastikasında böyük nailiyyətlər əldə etməyi arzulayır: “Mənim ən böyük arzum növbəti yarışlarda birinci olmaqdır və, əlbəttə ki, gələcəkdə Olimpiya çempionu olmaq”

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilib.

İki gün davam edən yarışlarda ümumulikdə Bakı gimnastika məktəbini, “Ocaq Sport” və “Neftçi” klublarını, “Zirə” mədəniyyət mərkəzini, Respublika Olimpiya İdman Liseyini, eləcə də Sumqayıt şəhərini təmsil edən 100-dən çox gimnast iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti