...

Azərbaycan alimləri Sinqapurda beynəlxalq konfransda iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 2 İyul 2018 20:28 (UTC +04:00)
Sinqapurun Nanyan Universitetində beynəlxalq konfrans keçirilib.
Azərbaycan alimləri Sinqapurda beynəlxalq konfransda iştirak ediblər (FOTO)

Bakı. Trend:

Sinqapurun Nanyan Universitetində beynəlxalq konfrans keçirilib. Konfransın təşkilat üzvləri sırasında olan Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyevanın elmi fəaliyyəti haqqında konfransın rəsmi saytında geniş məlumat verilib.

Universitetdən Trend-ə verilən məlumata görə, konfransda iştirak edən hesablama riyaziyyatı kafedrasının dosenti Mehriban İmanovanın plenar iclasın əsas çıxışçısı kimiməruzəsi maraqla qarşılanıb və konfransın rəsmi saytına daxil edilib. Dosent M.İmanova Yunanıstan, Fransa, Avstriya, Niderland və s. kimi ölkələrdə keçirilən beynəlxalq konfranslarda Azərbaycan riyaziyyat elmini ləyaqətlə təmsil edib və bu ilin fevralında dünyanın elm məbədlərindən biri hesab olunan Kembric Universitetinin keçirdiyi konfransda da uğurla çıxış edib.

Hesablama riyaziyyatı kafedrasının digər əməkdaşı, АМЕА-nın müxbir üzvü, professor Vaqif İbrahimov isə Oksford Universitetinin 2019-cu ildə keçiriləcək konfransında plenar iclasın əsas çıxışçısı кими qeydə alınıb və məruzəsi ilə bağlı video çarx həmin konfransın saytında yerləşdirilib.

Qeyd edək ki, Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Q.Mehdiyeva, professor V.İbrahimov və M.İmanova AMEA-nın müxbr üzvü, professor Yəhya Məmmədovun banisi olduğu Hesablama riyaziyyatı elmi məktəbinin yetirmələridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti