...

Energetika Nazirliyi və “Azərenerji” ASC: Mingəçevirdə sistemdə qəza açılması qaçılmaz oldu

Cəmiyyət Materials 3 İyul 2018 03:17 (UTC +04:00)
Energetika nazirliyi və “Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə məlumat yayıblar.
Energetika Nazirliyi və “Azərenerji” ASC: Mingəçevirdə sistemdə qəza açılması qaçılmaz oldu

Bakı. Trend:

Energetika nazirliyi və “Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə məlumat yayıblar.

Trend-in məlumatına görə, yayılan məlumatda bildirilir:

"Bir necə gündür havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artmış və elektrik avadanlıqlarının istismarında açılmalar baş vermişdir.

İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olmuşdur. Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təmintı həyata keçirilib. Qısa müddət ərzində digər yerlərdə də elektrik enerjisinin verilişi bərpa ediləcəkdir.

Əlaqədar dövlət struktarlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti