...

Enerji fasiləsi ilə bağlı Gəncədə Alüminium Kompleksinin fəaliyyətində baş vermiş nasazlıq aradan qaldırılıb

Cəmiyyət Materials 3 İyul 2018 11:14 (UTC +04:00)
Enerji verilməsində yaranmış fasilə ilə əlaqədar Gəncə Det-Al Alüminium Kompleksinin fəaliyyətində baş vermiş problemlər, elektroliz vannalarının açılması halları operativ görülmüş tədbirlər nəticəsində aradan qaldırılıb.
Enerji fasiləsi ilə bağlı Gəncədə Alüminium Kompleksinin fəaliyyətində baş vermiş nasazlıq aradan qaldırılıb

Bakı. Trend:

Enerji verilməsində yaranmış fasilə ilə əlaqədar Gəncə Det-Al Alüminium Kompleksinin fəaliyyətində baş vermiş problemlər, elektroliz vannalarının açılması halları operativ görülmüş tədbirlər nəticəsində aradan qaldırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, hazırda Alüminium Kompleksi öz normal fəaliyyətini bərpa edib.

Alüminium Kompleksi enerji tutumlu olmaqla, fasiləsiz fəaliyyət göstərən, qeyri-neft ixracatında önəmli yer tutan, 1100-dən çox əmək kollektivi olan sənaye müəssisəsidir.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti