...

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümüdür

Cəmiyyət Materials 5 İyul 2018 17:50 (UTC +04:00)
Bu münasibətlə Komitədə tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümüdür

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümüdür.

Trend-in məlumatına görə, bu münasibətlə komitədə tədbir keçirilib.

Əvvəlcə komitənin kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı üstünə əklil və gül dəstələri qoyublar. Daha sonra oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib və üzərinə gül dəstələri qoyulub.

Tədbiri giriş sözü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açıb, diaspor sahəsində dövlət siyasəti, görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və planlar barədə məlumat verib.

Dövlət başçısının müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan diaspor nümayəndələri - Misirdəki Azərbaycan Diasporunun rəhbəri Nəsirov Seymur Rəhim oğlu, Moskvada Rusiya Vəkillər Gildiyasının üzvü Qarayev Ələkbər Qara oğlu və Amur vilayətindəki Azərbaycan icmasının üzvü Əsgərov Məhəmməd Xəlil oğluna medallar təqdim edilib.

Komitənin yeni loqosunun, yenilənmiş veb saytının, ilk dəfə yaradılan diaspor xəritəsinin təqdimatı keçirilib.

Bildirilib ki, diaspor hərəkatını xarakterizə edən 100 videorolik hazırlanır, tədbir zamanı onların bir neçəsi nümayiş olunub.

Bundan başqa yenicə hazırlanmış himni ilk dəfə təqdim olunub

Tədbirdə Komitənin əməkdaşları, bəzi diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri, media təmsilçiləri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti