...

Rayon Baytarlıq İdarələrinə istilərlə bağlı tapşırıq verilib

Cəmiyyət Materials 5 İyul 2018 18:55 (UTC +04:00)
Dövlət Baytarlıq Xidməti havaların isti keçməsi ilə əlaqədar görülməsi vacib olan tədbirlərlə əlaqədar xəbərdarlıq yayıb.
Rayon Baytarlıq İdarələrinə istilərlə bağlı tapşırıq verilib

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti havaların isti keçməsi ilə əlaqədar görülməsi vacib olan tədbirlərlə əlaqədar xəbərdarlıq yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, anomal hava şəraiti dövründə kənd təsərrüfatı heyvanları və ev quşları arasında qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi zəruridir.

Dövlət Baytarlıq Xidməti fermerlərə tövsiyə edir ki, heyvanları günün isti vaxtlarında (saat 11:00-dan 17:00-dək) günvurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına uyğun saxlamaq, iri və xırdabuynuzlu heyvanları qan-parazitar xəstəliklərdən qorumaq məqsədi ilə baytar həkiminin nəzarəti altında vaxtlı-vaxtında çimizdirmək, iribuynuzlu damazlıq heyvanları sərinləşdirici vasitələrdən istifadə edərək temperatur rejimini tənzimləməklə yaşıl yem kütləsi və təmiz içməli su ilə təmin etmək lazımdır.

Xidmət həmçinin Rayon Baytarlıq İdarələrinə əhaliyə məxsus heyvanlar və quşlar arasında profilaktik peyvəndləmələrin, baytarlıq tədbirlərinin epizootik plana müvafiq vaxtlı-vaxtında, təlimata uyğun yerinə yetirilməsini tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti