...

Sürücülər, bu yolda təmir başladı!

Cəmiyyət Materials 6 İyul 2018 09:55 (UTC +04:00)
Bakı-Quba yolunda təmir işləri aparılır
Sürücülər, bu yolda təmir başladı!

Bakı. Samir Əli - Trend:

Bakı-Quba yolunda təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-20 və 45-52-ci km-də yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti