...

Masallıda 43 yaşlı kişi bıçaqlandı - "Köhnə bazar"da

Cəmiyyət Materials 6 İyul 2018 10:10 (UTC +04:00)
Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Masallıda 43 yaşlı kişi bıçaqlandı -  "Köhnə bazar"da

Bakı. Samir Əli - Trend:

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun "Köhnə bazar" adlanan ərazisində baş verib.

Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Qasımov Elnur Qurban oğlu 1975-ci il təvəllüdlü Ayazov Vüqar İbad oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və E.Qasımov üzərində gəzdirdiyi bıçaqla V. Ayazovu qarın nayihəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və E.Qasımov şübhəli şəxs qismində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti