...

Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

Cəmiyyət Materials 10 İyul 2018 21:49 (UTC +04:00)
Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib.
Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

Bakı. Trend:

Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib.

Trend-in məlumatına görə, polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb. 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.

İki polis əməkdaşının xəsarət aldığı bildirilir. Hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti