...

"Azərişiq”: Bakı və regionlarda elektrik enerjisi təchizatında 27%-lik məhdudiyyət tətbiq olunub

Cəmiyyət Materials 12 İyul 2018 17:19 (UTC +04:00)
Bakı və regionlarda elektrik enerjisi təchizatında 27%-lik məhdudiyyət tətbiq olunub.
"Azərişiq”: Bakı və regionlarda elektrik enerjisi təchizatında 27%-lik məhdudiyyət tətbiq olunub

Bakı. Samir Əli - Trend:

“Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

Bu barədə Trend-ə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, "Azərişiq” öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin – Bakı metrosu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunur.

Yaranmış narahatlığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti