...

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Cəmiyyət Materials 16 İyul 2018 10:36 (UTC +04:00)
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Bakı. Trend:

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti