...

Türkiyədə tibb təhsili almaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 16 İyul 2018 15:06 (UTC +04:00)
Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur
Türkiyədə tibb təhsili almaq istəyənlərin nəzərinə

Bakı. Trend:

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2018/2019-cu tədris ilində Türkiyənin Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, müsabiqədə 2018-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 36 (otuz altı) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Müdafiə Nazirliyinə təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 12 nəfər namizədin Gülhanə Tibb Fakültəsində təhsil almağa göndərilməsi planlaşdırılır.

Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 25-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti