...

Bakı-Oğuz yolunda turistləri aparan avtobus qəzaya uğradı (YENİLƏNİB)

Hadisə Materials 17 İyul 2018 17:52 (UTC +04:00)
Bakı-Oğuz yolunda pakistanlıları aparan avtobus qəzaya uğrayıb.
Bakı-Oğuz yolunda turistləri aparan avtobus qəzaya uğradı (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı-Oğuz yolunda pakistanlıları aparan "Mercedes Vito" mikroavtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova faktı Trend-ə təsdiqləyərək bildirib ki, hadisə Qəbələ rayonu ərazisində baş verib.

Turistlər Şəkidən Qəbələyə gedirlərmiş.

Qələbə Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən 3 nəfərə ambulator yardım göstərilib. 1 nəfər isə Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun tezliklə buraxılacağı bildirilir.

"Mercedes Vito"da olan 5 sərnişin bir ailənin üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti