...

Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqə iştirakçılarının nəzərinə

Cəmiyyət Materials 18 İyul 2018 14:23 (UTC +04:00)
Müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə 2018-ci ilin iyul ayının 30-dan etibarən söhbət keçirilməsinə başlanılacaq.
Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqə iştirakçılarının nəzərinə

Bakı. Trend:

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 26.05.2018-ci il tarixdə keçirilmiş növbəti test imtahanından uğur qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə 2018-ci ilin iyul ayının 30-dan etibarən söhbət keçirilməsinə başlanılacaq.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibə Nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.

Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

Əlavə məlumatları (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti