...

ANAMA: 20 il ərzində 800 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

Cəmiyyət Materials 18 İyul 2018 18:30 (UTC +04:00)
ANAMA 20 il ərzində 529 314 780 kvadratmetr ərazi təmizləyib.
ANAMA: 20 il ərzində 800 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 20 il ərzində 529 314 780 kvadratmetr (52 931 ha) ərazi təmizləyib.

Trend-in məlumatına görə, bu barədə ANAMA-nın hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, ərazilərdən 796 972 mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Bildirilib ki, hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti