...

Bakı Ali Neft Məktəbinin 5 məzunu BP-dən iş təklifi aldı

Cəmiyyət Materials 20 İyul 2018 10:57 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin 5 məzunu BP-dən iş təklifi aldı.
Bakı Ali Neft Məktəbinin 5 məzunu BP-dən iş təklifi aldı

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) 2018-ci il məzunlarının uğurları davam edir. Bu il Ali Məktəbi bitirən daha 5 nəfər – Aydan Əsədova, Tərlan Əliyev, Nigar Allahverdiyeva, Nərmin Abbaslı, Mehriban Əliyeva BP şirkətinə işə qəbul olublar.

Məzunlar keçən il BP-də 10 həftəlik təcrübə proqramı keçiblər. Proqram boyu öz nizam-intizamı, bilik və bacarıqları ilə seçilən tələbələr bu il məzun olan kimi heç bir müsabiqə keçmədən BP şirkəti tərəfindən iş təklifi alıblar. Proses mühəndisi, quyu mühəndisi kimi vəzifələrə təyin olunan gənc mütəxəssislərin çoxu artıq öz vəzifələrinin icrasına başlayıb.

Qeyd edək ki, transmilli şirkətlərdə milliləşmə siyasəti olaraq, xüsusilə neft-qaz layihələrində Azərbaycan vətəndaşlarının sayının artırılması məsələsi daim diqqət mərkəzindədir. Bu nöqteyi nəzərdən həm BANM, həm də BP şirkəti neft və qaz sənayesindəki yerli peşəkar kadrların inkişafını dəstəkləmək üçün işəgötürmə kampaniyalarının, təhsil və təlim proqramlarının təşkilinə böyük önəm verir. Ali Məktəblə BP arasında məhz bu istiqamətdə əməkdaşlıq isə tərəflər arasında imzalanmış xüsusi müqaviləyə əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti