...

“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” təsdiq edildi

Cəmiyyət Materials 24 İyul 2018 12:28 (UTC +04:00)
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ni təsdiq edib.
“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” təsdiq edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ni təsdiq edib.

Trend-in məlumatına görə, sənəd ömürboyu təhsilin tanınması məqsədi ilə hazırlanıb. Buraya ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili (subbakalavr təhsili), ali təhsil, əlavə təhsil üzrə kvalifikasiyalar daxil edilib.

Milli Kvalifikasiyalar Çərçivəsi (MKÇ) əmək bazarı və vətəndaş cəmiyyəti ilə münasibətdə milli kvalifikasiya alt sistemlərinin bir-biri ilə əlaqələndirilməsi və inteqrasiyası, eləcə də kvalifikasiyaların şəffaflığı, əldə olunması imkanı, ardıcıllığı və keyfiyyətinin inkişaf etdirilməsi məqsədini daşıyan və əldə olunan təlimin konkret səviyyələri üzrə müəyyən edilən meyarlar əsasında kvalifikasiyaların təsnifat vasitəsidir.

Sənədə əsasən, ömürboyu təhsil üzrə əsas kompetensiyalar (səriştələr) hər bir şəxsə fərdi inkişaf, cəmiyyətə inteqrasiya olunma və məşğulluq üçün zəruri olan bilik, bacarıq, dəyər, yanaşma, fikir və xarakterik cəhət kimi xüsusiyyətləri özündə birləşdirən, dəyişə bilən çoxfunksiyalı sistemi əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti