...

Yunanıstanda meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Cəmiyyət Materials 24 İyul 2018 13:24 (UTC +04:00)
Yunanıstanda tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb.
Yunanıstanda meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Bakı. Trend:

Yunanıstanda tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycanın Yunanıstandakı səfirliyi davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır.

Qeyd edək ki, son məlumatlara görə, paytaxt Afina yaxınlığında meşə yanğınları zamanı ölənlərin sayı 50-yə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti