...

Bakıda və Abşeron yarımadasında tozun miqdarının artacağı gözlənilir

Cəmiyyət Materials 26 İyul 2018 14:08 (UTC +04:00)
Günün ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında tozun miqdarının artacağı gözlənilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib və nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Trend-ə verilən məlumata görə, günün ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir.

Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır və belə şəraitin iyulun 27-dək davam edəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti