...

Baş prokurorun müavini hesabat verdi - Azərbaycanda hərbi cinayətlər azalıb

Cəmiyyət Materials 26 İyul 2018 15:00 (UTC +04:00)
Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub.
Baş prokurorun müavini hesabat verdi - Azərbaycanda hərbi cinayətlər azalıb

Bakı. Elçin Mehdiyev - Trend:

Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub. Trend-in məlumatına görə, bunu Azərbaycan Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində çıxış edən baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O qeyd edib ki, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb.

Hərbi prokuror deyib ki, 2017-ci ilin birinci yarımili ilə müqayisədə hesabat dövründə qeydə alınmış ağır cinayətlər 3,6 faiz, xüsusilə ağır cinayətlər 14,3 faiz, qeyri-hərbi cinayətlər 19 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 4 dəfə, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər 28,6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 5,9 faiz, tabelik qaydası əleyhinə cinayətlər 23 faiz, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 24,5 faiz azalıb.

Azalma fərarilik cinayətlərində 50 faiz, silahla və ya ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətlərində 33,3 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərində 34,4 faiz, qəsdən adam öldürmə cinayətlərində 14,3 faiz, özünü öldürmə həddinə çatdırma cinayətlərində 66,7 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərin 33,3 faiz, mülkiyyət əleyhinə olan cinayətlərində 12,8 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti