...

Hərbi prokuror: Erməni silahlı qüvvələrin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı istintaq davam etdirilir

Cəmiyyət Materials 26 İyul 2018 15:15 (UTC +04:00)
Erməni silahlı qüvvələrin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı istintaq davam etdirilir.
Hərbi prokuror: Erməni silahlı qüvvələrin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı istintaq davam etdirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Erməni silahlı qüvvələrin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı istintaq davam etdirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində çıxış edən baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

X.Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə müşavirə iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti