...

Lənkəranda baş vermiş və Hirkan Milli parkının ərazisinə keçən yanğın söndürülüb

Cəmiyyət Materials 28 İyul 2018 09:51 (UTC +04:00)
Ötən gün Lənkəranda baş vermiş və Hirkan Milli parkının ərazisinə keçən yanğın söndürülüb.
Lənkəranda baş vermiş və Hirkan Milli parkının ərazisinə keçən yanğın söndürülüb

Bakı. Elçin Mehdiyev - Trend:

Ötən gün Lənkəranda baş vermiş və Hirkan Milli parkının ərazisinə keçən yanğın söndürülüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib.

Qeyd olunub ki, ötən gün saat 23:00 radələrində Lənkəran rayonunun Şovu kəndinin yaxnlığında başlayan yanğın sonradan kəndin sərhədində yerləşən Hirkan Milli parkının ərazisinə keçib. Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.

Yanğının səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti