...

“Jara-2018” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında konsert olub (FOTO)

Cəmiyyət Materials 28 İyul 2018 22:50 (UTC +04:00)
“Jara-2018” Beynəlxalq Musiqi Festivalı maraqlı konsert proqramları ilə davam edir.
“Jara-2018” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında konsert olub (FOTO)

Bakı. Trend:

“Jara-2018” Beynəlxalq Musiqi Festivalı maraqlı konsert proqramları ilə davam edir.

Festival çərçivəsində iyulun 28-də Rusiyanın MuzTv kanalının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olub.

Konsertdə Rusiyanın tanınmış ulduzları ilə yanaşı, yerli müğənnilər də iştirak ediblər. Konsert proqramında təqdim olunan bir-birindən maraqlı ifalar paytaxt sakinlərində və şəhərimizin qonaqlarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Möhtəşəm ifa nümayiş etdirən müğənnilər konsertdə öz vokal imkanlarını təqdim edərək musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut ediblər.

Mədəniyyət, musiqi xalqları bir-birinə daha da yaxınlaşdırır, insanlar arasında sülhü, sevgini və gözəl hissləri təbliğ edir. Belə tədbirlərin təşkili Azərbaycanın və Rusiyanın bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də genişmiqyaslı əməkdaşlığının əyani göstəricisidir. Bu sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət xalqlarımızın bir-birini daha da yaxından tanımasına öz töhfəsini verir.

Xatırladaq ki, “Jara” festivalının təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti