...

"Jara-2018"in 3-cü gününün ən yadda qalan anları (VİDEO, FOTO)

Cəmiyyət Materials 29 İyul 2018 07:27 (UTC +04:00)
"Jara-2018" Beynəlxalq Musiqi Festivalının 3-cü günü də oynaq və lirik mahnıları ilə, müğənnilərin ekstravaqant geyimləri və orijinal çıxışları və, əlbəttə, tamaşaçıların enerjisi ilə yadda qaldı.
"Jara-2018"in 3-cü gününün ən yadda qalan anları (VİDEO, FOTO)

Bakı. Vüqar İmanov, Cani Babayeva - Trend:

"Jara-2018" Beynəlxalq Musiqi Festivalının 3-cü günü də oynaq və lirik mahnıları ilə, müğənnilərin ekstravaqant geyimləri, orijinal çıxışları və, əlbəttə, tamaşaçıların enerjisi ilə yadda qaldı.

Hər zaman olduğu kimi, tamaşaçıların gurultulu alqışları altında bir neçə kompozisiya ifa edən EMİN, bu yayın ən qızmar hadisəsinin episentrinin məhz Bakıda olduğunu bir daha vurğulayıb.

Festivalın 3-cü günündə Elvira T, Monatik, Aleks Malinovski, Djiqan, İrina Dubtsova, Slava, Timur Ridrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk, Şarif, Rita Dakota, Səmra Rəhimli, Manana Caparidze, Romadi, Niko Neman, Jak Entoni, DJ Shock, Band'eros, ST və digərləri çıxış edib.

Gecənin kulminasiya nöqtəsi isə "Leninqrad" qrupunun çıxışı olub. Qrupun kollektivi hər zaman başda Sergey Şnurov olmaqla tamaşaçılarla ünsiyyətdə olub və maksimum dərəcədə əylənib.

Qeyd edək ki, Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti