...

"Jara-2018"in sonuncu günü: ulduzlar festival haqqında böyük heyranlıqla danışırlar (FOTO)

Cəmiyyət Materials 29 İyul 2018 21:51 (UTC +04:00)
"Jara-2018" Beynəlxalq Musiqi Festivalının 4-cü - sonuncu günündə musiqiçilər, aktyorlar və mügənnilər gözəl geyimlərində qırmızı xalı üzərindən keçiblər.
"Jara-2018"in sonuncu günü: ulduzlar festival haqqında böyük heyranlıqla danışırlar (FOTO)

Bakı. Cani Babayeva, Vüqar İmanov - Trend:

"Jara-2018" Beynəlxalq Musiqi Festivalının 4-cü - sonuncu günündə musiqiçilər, aktyorlar və mügənnilər gözəl geyimlərində qırmızı xalı üzərindən keçiblər.

Trend-in məlumatına görə, qırmızı xalının aparıcıları Yana Koşkina və Konstantin Karasyukun, yerli və rus KİV-lərinin suallarını cavablandıran ulduzlar və qonaqlar Bakıda keçirilən festival barədə heyranlıqla danışıblar, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.

Bu gün festival çərçivəsində Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi nəzərdə tutulub. Habelə A`Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VİA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti