...

Azərbaycanda cinayətkarlığın dinamikasında azalma müşahidə olunub

Cəmiyyət Materials 30 İyul 2018 16:56 (UTC +04:00)
Azərbaycanda cinayətkarlığın dinamikasında azalma müşahidə olunub.
Azərbaycanda cinayətkarlığın dinamikasında azalma müşahidə olunub

Bakı. Samir Əli - Trend:

Bu ilin 6 ayı ərzinddə cinayətkarlığın dinamikasında azalma müşahidə olunub.

Trend-in məlumatına görə, bunu Baş prokuror Zakir Qaralov prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində çıxışı zamanı deyib.

Qeyd olunub ki, 2018-cı ilin birinci yarısında istintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 12.844 cinayətin 93,8 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla, onların 89,4 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10,6 faizi ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Profilaktiki işin gücləndirilməsinin və kriminogen durumun daim nəzarətdə saxlanılmasının nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət meyillər hesabat dövründə daha da yaxşılaşaraq cinayətlərin sayı 3,4 faiz, o cümlədən ağır və xüsusilə ağır növlər 28,6, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,9, mülkiyyət əleyhinə olan cinayətlər 14, onlardan oğurluqlar 7,1, quldurluqlar 12,7, yol-nəqliyyat hadisələri 5, qəzalarda həlak olanların sayı isə 1,3, xəsarət alanların sayı isə 8,3 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti