...

Təhsil Nazirliyi şöbə müdiri olmaq istəyənlər üçün müsahibə elan edib

Cəmiyyət Materials 13 Avqust 2018 15:48 (UTC +04:00)
Təhsil Nazirliyi İnsan resursları şöbəsində vakant olan müdir vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edib.
Təhsil Nazirliyi şöbə müdiri olmaq istəyənlər üçün müsahibə elan edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi İnsan resursları şöbəsində vakant olan müdir vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu avqustun 14-ü saat 18:00-dək aparılacaq.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti