...

12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Avqust 2018 10:19 (UTC +04:00)
Azərbaycan Respublikasının Gənclər Fondunun, BMT-nin Uşaq Fondu (UNİCEF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr edilmiş təntənəli tədbir keçirilib.
12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun, BMT-nin Uşaq Fondu (UNİCEF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr edilmiş təntənəli tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında BMT-nin baş katibi Antonio Quterreşin və BMT-nin Gənclər üzrə elçisi Cayatma Vikramanayakenin video-təbriki və Beynəlxalq Gənclər Günü devizi altında Bakı şəhərində təşkil edilmiş əyləncəli tədbirlərin qısa video xülasəsi iştirakçılara nümayiş etdirilib.

Rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərimizin beynəlxalq arenada əldə etdiyi uğurlar və dövlət tərəfindən, xüsusilə də Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində gənclərə təklif edilən dəstək alətləri barədə məlumat verib.

F.Cəfərov öz çıxışında bildirib ki, bu gün Azərbaycan dövləti öz gəncliyi ilə fəxr edir və hazırda ölkə gəncləri daha sürətli inkişafla irəliləyir.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin gənclərin qlobal səviyyədə üzləşdikləri çətinliklər və BMT-nin bu xüsusda fəaliyyəti, həmçinin Beynəlxalq Gənclər Gününün tarixi barədə məlumat verib.

Tədbirdə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini və eyni zamanda Gənclər Fondunun Müşahidə Şurasının üzvü Mətin Kərimli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və Mili Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov çıxış edərək gəncləri təbrik ediblər.

Tədbirin ikinci hissəsində müxtəlif dövlət qurumlarının və Fondun əməkdaşlarının iştirakı ilə “Bakıda və regionlarda ictimai məkanlar-gənclərin asudə vaxtının səmərli təşkili” və “Virtual təhlükəsiz məkanlarvə gənclər” mövzuları üzrə panel müzakirələr keçirilib.

Tədbirin davamı olaraq, fəal gənclərin iştirakı ilə Şamaxı rayonunun Pirqulu kəndinə 2 günlük düşərgə təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti