...

Tamaşaçı: Azərbaycanda dünya səviyyəli gimnastika arenası olduğuna görə qürur duyuram

Gündəm Materials 19 Avqust 2018 17:03 (UTC +04:00)
Azərbaycanda dünya səviyyəli gimnastika arenası olduğuna görə qürur duyuram.
Tamaşaçı: Azərbaycanda dünya səviyyəli gimnastika arenası olduğuna görə qürur duyuram

Bakı. Cani Babayeva - Trend:

Ölkəmizdə dünya səviyyəli gimnastika arenası var və mən Azərbaycan vətəndaşı olaraq buna görə qürur duyuram.

Bu barədə Trend-ə bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirinin tamaşaçısı Lalə Quliyeva bildirib.

O qeyd edib ki, ölkədə idmana böyük diqqət ayrılır, uşaq və yeniyetmələrn idmana cəlb olunması üçün iş görülür, respublika və beynəlxalq böyük tədbirlər təşkil edilir:

“Artıq Milli Gimnastika Arenasında bir neçə dəfə olmuşam və deyə bilərəm ki, burada keçirilən yarışların təşkilatçılığı yüksək səviyyədədir. Tamaşaçılar arasında çoxlu uşaq da var. Onlar turnirin möhtəşəm keçdiyini görür və bu onlarda gimnastikaya maraq yaradır, idmanla məşğul olmaq üçün stimul verir”.

L.Hacıyeva turnirdə iştirak edən bütün gənc gimnastlara uğurlar arzu edib: “Gələcəkdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmələrini diləyirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti