Bakı. Trend:
Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Qurban bayramının xeyirxahlıqlıq və həmrəylik kimi yüksək dəyərləri özündə birləşdirən xüsusiyyətlərindən danışılıb. Tolerant cəmiyyət modeli nümunəsi olan ölkəmizdə milli-mənəvi dəyərlər sisteminin, müqəddəs dini adət-ənənələrimizin qorunub saxlanıldığı və daim uca tutulduğu qeyd olunub.
Tədbir çərçivəsində bir qrup əməkdaşa bayram hədiyyələri təqdim olunub.