...

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Cəmiyyət Materials 7 Sentyabr 2018 17:35 (UTC +04:00)
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Bakı. Trend:

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda səhər və axşam arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində əsasən yağmursuz hava şəraiti gözlənir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Sentyabrın 8-9-da paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-30 isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti