...

Şəxsi istehlak üçün ölkəyə gətirilən mobil telefonlara görə rüsum ödənilməsi qüvvəyə minib

Gündəm Materials 20 Sentyabr 2018 09:23 (UTC +04:00)
Mobil cihazların qeydiyyatının aparılması qaydasında dəyişiklik edilib.
Şəxsi istehlak üçün ölkəyə gətirilən mobil telefonlara görə rüsum ödənilməsi qüvvəyə minib

Bakı. İlhamə İsabalayeva - Trend:

Mobil cihazların qeydiyyatının aparılması qaydasında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti