...

Qaradağda vulkan püskürüb (VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 23 Sentyabr 2018 11:59 (UTC +04:00)
Bakıda vulkan püskürüb
Qaradağda vulkan püskürüb (VİDEO) (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayevin Trend-ə verdiyi məlumata görə, bu gün saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. İkinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb.

Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.

Xatırdaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.

X X X

Bakıda vulkan püskürüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.

Vulkan səhər saatlarında baş verib və hazərda püskürməkdə davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə məlumatı təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti