...

Şamaxı Astrofizika Rəsədxanasında “açıq qapı” günü keçiriləcək

Cəmiyyət Materials 4 Oktyabr 2018 18:35 (UTC +04:00)
u gündən başlayaraq, oktyabrın 10-dək mümdünya Kosmos Həftəsi çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında “açıq qapı” günü keçiriləcək.
Şamaxı Astrofizika Rəsədxanasında “açıq qapı” günü keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gündən başlayaraq oktyabrın 10-dək Ümumdünya Kosmos Həftəsi çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında “açıq qapı” günü keçiriləcək.

Rəsədxanadan Trend-ə verilən məlumata görə, Ümumdünya Kosmos Həftəsi kosmik fəzanın araşdırılmasına həsr olunan beynəlxalq səviyyəli tədbirlərdən ən böyüyüdür. Hər il 90-dan çox ölkədə Ümumdünya Kosmos Həftəsi layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilir.

Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildən qoşulub və hər il bir həftə boyunca ölkədə astronomiya və kosmos elminin təbliğinə dair tədbirlər keçirilir.

Bu tədbirlərə Şamaxı Astrofizika Rəsədxanasında və Tusi-Bohm Planetariumda açıq qapı günləri, film təqdimatları, tanınmış astronomlarla görüşlər və s. daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti