...

BNA-dan yağışlı hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ

Cəmiyyət Materials 5 Oktyabr 2018 08:58 (UTC +04:00)
BNA yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
BNA-dan yağışlı hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

BNA-dan Trend-ə verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti