...

Ukraynalı gimnast: Bakıda tamaşaçıların dəstəyi qorxu və həyəcanın öhdəsindən gəlməyə kömək edir

Cəmiyyət Materials 7 Oktyabr 2018 20:27 (UTC +04:00)
Bakıda tamaşaçılar çıxışdan öncə olan həyəcanın öhdəsindən gəlməyə kömək edirlər
Ukraynalı gimnast: Bakıda tamaşaçıların dəstəyi qorxu və həyəcanın öhdəsindən gəlməyə kömək edir

Bakı. Cani Babayeva - Trend:

Bakıda tamaşaçılar çıxışdan öncə olan həyəcanın öhdəsindən gəlməyə kömək edirlər. Bu barədə Trend-ə Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin iştirakçısı ukraynalı gimnast Olqa Serik deyib.

O.Serik bildirib: "Zalda tamaşaçıların dəstəyi çıxışdan öncə olan həyəcan və qorxu hissinin öhdəsindən gəlməyə kömək edir və sakitləşdirir. Səhnədə birdən nəsə alınmayanda onlar ruhlandırırlar".

İlk dəfə Bakıya gələn gənc gimnast şəhərdən çox xoşu gəldiyi vurğulayıb: "Bakıya gəldiyimiz ilk gün biz şəhərə baxdıq, şəhər - çox gözəldir. Milli Gimnastika Arenasıda mənim çox xoşuma gəlir, buranın zalı möhtəşəmdir".

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin yekun gününə start verilib.

Yarışın sonuncu günü kişilər və qadınlar arasında fərdi proqramda 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, üçlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, qrup tərkibində 7-8, 9-11, 12-14, 18 və yuxarı yaş kateqoriları, qarışıq cütlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları arasında yarışlar keçirilir.

Yarışlarda Azərbaycan ("Ocaq Sport" və "AyUlduz"), Rusiya və Bolqarıstan gimnastları iştirak edirlər. İlk dəfə bu çempionatda Qazaxıstan və Ukrayna gimnastları çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti