...

Allahşükür Paşazadə Astanada “Dünya və ənənəvi dini liderlərin” VI qurultayında iştirak edəcək

Cəmiyyət Materials 8 Oktyabr 2018 13:13 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək.
Allahşükür Paşazadə Astanada “Dünya və ənənəvi dini liderlərin” VI qurultayında iştirak edəcək

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək.

QMİ-dən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin himayəsi ilə 10-11 oktyabr tarixlərində Astanada keçiriləcək “Dünya və ənənəvi dini liderlərin” VI qurultayında iştirak etməkdir.

15 illik tarixə malik qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur. Qurultayın bu dəfəki mövzusu "Dini liderlər təhlükəsiz dünya uğrunda"dır.

Qurultayda "Manifest" Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası", "Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar", "Din və qloballaşma: çağırışlar və cavablar", "Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması" kimi tematik istiqamətlərdə plenar iclaslar keçiriləcək.

Əvvəlki qurultayların da iştirakçısı olmuş QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi dini liderlərinin VI qurultayında məruzə ilə çıxış edəcək. Şeyxülislam A.Paşazadənin Astanada bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti