...

Heydər Əliyev Fondu Sankt-Peterburq şəhərindəki Nizami Gəncəvi bağında bərpa işləri aparıb (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2018 18:02 (UTC +04:00)
Heydər Əliyev Fondu Sankt-Peterburq şəhərindəki Nizami Gəncəvi bağında bərpa işləri aparıb.
Heydər Əliyev Fondu Sankt-Peterburq şəhərindəki Nizami Gəncəvi bağında bərpa işləri aparıb (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondu Rusiyanın Sankt-Peterburq şəhərində XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan bağın ərazisində yerli şəhər administrasiyası ilə birgə yenidənqurma və abadlaşma işləri aparıb.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

Qeyd edək ki, şəhərin sərt iqlim şəraiti şairin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolara və şairin abidəsinə öz təsirini göstərmişdi. Bərpa işləri zamanı pannoların üzərində zəruri işlər aparılıb, qızıl suyu ilə yazılar və abidə bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.

Dünyanın mədəniyyət mərkəzlərindən sayılan Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsi 2002-ci ildə açılıb. Nizaminin obrazını Azərbaycan heykəltəraşı Qəyruş Babayev yaradıb. 2011-ci ildə isə şairin anadan olmasının 870 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin hamiliyi ilə bağda Nizami Gəncəvinin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolar qurulmuşdu. Sankt-Peterburq qubernatorunun qərarı ilə bağa Nizami Gəncəvinin adı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti