...

Badamdardakı sürüşmə sahəsində xırda uçqunlar və torpaq qopmaları baş verir

Cəmiyyət Materials 16 Oktyabr 2018 19:01 (UTC +04:00)
Badamdardakı sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.
Badamdardakı sürüşmə sahəsində xırda uçqunlar və torpaq qopmaları baş verir

Bakı. İlhamə İsabalayeva - Trend:

Badamdardakı sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-.verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqin nəticələrinə əsasən sahədə nisbi stabil gərginlik qalmaqdadır.

Divarı uçan hasarın içərisində olan tikilinin bünövrəsinin alt hissəsində torpaq qatı nəm haldadır, xırda uçqunlar və torpaq qopmaları baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti