...

Nazirlik: Badamdarda sürüşmə sahəsində monitorinq davam etdirilir

Cəmiyyət Materials 17 Oktyabr 2018 12:23 (UTC +04:00)
Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.
Nazirlik: Badamdarda sürüşmə sahəsində monitorinq davam etdirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən gecədən yağan yağış ərazidə aktivlik dinamikasını artırıb.

Yağan yağış asılı qalmış torpaq qatında kütlələrin islanaraq ağırlaşması nəticəsində yamac boyu hərəkəti artırıb.

Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti