...

Nazir: Qadın işçilərini stimullaşdıran şirkətlərə hökumət də güzəştlər edə bilər

Nəzər nöqtəsi Materials 19 Oktyabr 2018 14:22 (UTC +04:00)
Azərbaycanda nə qanunvericilik, nə də inzibati sahədə qadınların əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı məhdudiyyət yoxdur.
Nazir: Qadın işçilərini stimullaşdıran şirkətlərə hökumət də güzəştlər edə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda nə qanunvericilik, nə də inzibati sahədə qadınların əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı məhdudiyyət yoxdur.

Trend-in məlumatına görə, bunu “Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının” layihə sənədinin təqdimatında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, qadınlar evdə də müəyyən ev işləri görməlidirlər: "Təhsil və səhiyyə sahəsində iş saatı daha az olur. Buna görə də qadınlar təhsil və tibb sahəsində işləməyə üstünlük verirlər".

S.Babayev deyib ki, bu səbəbdən sonda qadınların aldığı orta aylıq əməkhaqqı kişilərin əməkhaqqından aşağı olur:

"Qadınların iqtisadi statusundan asılı olmayaraq, bütün bərabərlik mexanizmləri təmin edilməlidir. Ən azından, əməkhaqlarına əlavələr edilərsə, bu, məncə, müsbət hal kimi qəbul edilə bilər. Şirkət müəyyən sahədə qadınları stimullaşdıra, hökumət də bu şirkətə müəyyən baxımdan güzəşt verə bilər. Bu, şirkətləri qadınları daha çox işə götürməyə sövq edə bilər".

Nazir Azərbaycanda dövlət qulluqçularının 47 faizinin qadın olmasını da müsbət hal sayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti