...

Ekspert: Xəzər dənizinin dalğaları alternativ enerji kimi istifadə oluna bilər

Cəmiyyət Materials 25 Oktyabr 2018 12:22 (UTC +04:00)
Xəzər dənizinin dalğalarından istifadə etməyi iqtisadi baxımdan araşdırmaq lazımdır.
Ekspert: Xəzər dənizinin dalğaları alternativ enerji kimi istifadə oluna bilər

Bakı. Elnur Bağışov - Trend:

Xəzər dənizinin dalğalarından istifadə etməyi iqtisadi baxımdan araşdırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran Universitetinin elmi heyətinin üzvü Fatimə Kardel deyib.

F.Kardel qalıq enerjilərin tükənən olduğunu və alternativlərin zəruri olduğunu bildirib: "Alternativ enerjilər - günəş, su, külək və mümkün olduğu halda dalğaların enerjisindən qalıq enerjilərin yerinə istifadə etmək olar. İranın su ehtiyatının çatışmazlığına görə, daha çox günəş enerjisindən istifadə etmək mümkündür. Külək enerjisindən istifadə üçün xüsusi bir bölgə müəyyənləşməlidir. Dalğaların enerjisi üçün isə güclü dalğalara ehtiyac duyulur".

Alimin sözlərinə görə, Xəzər dənizinin dalğaları sahillərin enerjisinin bir hissəsini təmin edə bilər: "Bununla belə, Xəzər dənizində yüksək səviyyədə enerji istehsal edə biləcək böyük dalğalar yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti