...

Müdafiə naziri tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirib (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2018 15:59 (UTC +04:00)
Müdafiə naziri inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.
Müdafiə naziri tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiriblər. Müdafiə naziri inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.

Sonra nazir hərbi hissələrdə yaradılan şəraitlə tanış olub.

General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnikalar üçün nəzərdə tutulmuş saxlanclara baxış keçirərək konkret tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti