...

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropa görüşləri davam edir (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2018 13:57 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropada müxtəlif görüşlər keçirir
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropa görüşləri davam edir (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropada müxtəlif görüşlər keçirir. Trend-in məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub və faciə qurbanlarının xatirəsi yad edilib.

Daha sonra, Beynəlxalq Miqrasiya Təşkilatının Niderland nümayəndəliyinin rəhbəri Antonio Polosa ilə görüş keçirilib.

Görüş zamanı, miqrasiya və diaspor məsələlərinin müzakirə edildiyi görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri müasir dövrdə miqrasiya proseslərinin qaçılmaz olduğunu və diaspor hərəkatının əsas tərkibində miqrantların xüsusi yer tutduğunu bildirib. Eyni zamanda, qeyd edib ki, miqrantların dəqiq statistikasının olması da vacibdir.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi isə, öz növbəsində, miqrasiyanın ciddi bir proses olduğunu, miqrantların həyatı, sayının müəyyən edilməsi və digər istiqamətlərdə əməkdaşlığın zəruriliyini qeyd edib. Bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatı bu məsələlərlə bağlı əməkdaşlığa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti