...

Azərbaycan əhalisinin SON SAYI açıqlandı

Gündəm Materials 17 Noyabr 2018 09:28 (UTC +04:00)
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 959 min 245 nəfərə çatıb.
Azərbaycan əhalisinin SON SAYI açıqlandı

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 959 min 245 nəfərə çatıb.

Trend-in məlumatına görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Qeyd edək ki, əhalinin 52,9 faizi şəhərdə yaşayır, 47,1 faiz əahlisi kənd sakinləridir.

Məlumata görə, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti