...

Magistral yolların, körpülərin və tunellərin tikintisi zamanı ətraf mühitə təsir nəzərə alınacaq

İqtisadiyyat Materials 21 Noyabr 2018 09:01 (UTC +04:00)
Magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır.
Magistral yolların, körpülərin və tunellərin tikintisi zamanı ətraf mühitə təsir nəzərə alınacaq

Bakı. Trend:

“Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”na əlavələr edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır.

Həmçinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədi hazırlanmalı və dövlət ekoloji ekspertizası keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti