...

Bakıda 14 saylı Vəkil Bürosu əsaslı təmirdən sonra istifadəyə verildi (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2018 09:38 (UTC +04:00)
Bugün Vəkillər Kollegiyasının rəhbərliyi aparılmış əsaslı təmirdən sonra Bakı şəhəri 14 saylı Vəkil Bürosunun açılış mərasimində iştirak edib.
Bakıda 14 saylı Vəkil Bürosu əsaslı təmirdən sonra istifadəyə verildi (FOTO)

Bakı. Trend:

Bugün Vəkillər Kollegiyasının rəhbərliyi aparılmış əsaslı təmirdən sonra Bakı şəhəri 14 saylı Vəkil Bürosunun açılış mərasimində iştirak edib.

Trend-in məlumatına görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərovu büroda aparılmış yenidənqurma işləri ilə tanış edən büronun müdiri Telman Qasımov görülmüş işlər barədə məlumat verib, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz növbəsində büroda aparılmış təmir işlərini yüksək qiymətləndirmiş və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını bildirib, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat verib.

Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləyib, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilmiş, vəkilləri maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti